Yasin Surəsi 49. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.
Elmir Quliyev :
Им нечего ожидать, кроме одного только гласа, который поразит их тогда, когда они будут препираться.
Ələddin Sultanov:
Onlar bir-birləri ilə höcətləşdikləri bir vaxtda özlərini yaxalayacaq o qorxunc səsi gözləyirlər.
Kerbelayi Malik ağa:
Onlar bir-birləriylə çəkişərkən, onları yaxalayacaq olan tək bir seyhədən (şiddətli səs dalğasından) başqa bir şey gözləmirlər.
Ələsgər Musayev:
Görərlər onlar ancaq vahid səs, tutar onları onlar xosunlaşırlar.
A.Mehdiyev və D.Cəfərli:
Bir-birlərilə (öz dünya işləri barədə) çəkişdikləri halda onları yaxalayacaq yalnız (səmavi) bir bağırtının (hamının ölümü ilə nəticələnəcək surun birinci dəfə üfürülməsinin) intizarındadırlar.
Kövsər Tağıyev:
“Əgər doğru söyləyənlərsinizsə, bu vəd zaman gerçəkləşəcək?” deyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bir-birilərilə çəkişmədə olduqları halda, özlərini yaxalayacaq tək bir tükürpədici hayqırtıdan başqa heç bir şey gözləyə bilməzlər.
Sabirə Dünyamalıyeva:
Onlar ancaq bir-biriylə mübahisə edərkən, onları yaxalayan yeganə bir fəryadla qarşı-qarşıya qalacaqlar.