Əlixan Musayev:
Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”
Bünyadov-Məmmədəliyev:
Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”
Elmir Quliyev
:
Те, которые попали в Огонь, скажут стражам Геенны: "Помолитесь вашему Господу, пусть Он облегчит наши мучения хотя бы на день".
Ələddin Sultanov:
Cəhənnəmdəkilər cəhənnəm gözətçilərinə: “Rəbbinizə dua edin ki, bircə gün də olsa əzabımızı yüngülləşdirsin!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
Atəşin içində olanlar cəhənnəm gözətçilərinə belə dedilər: ‘Rəbbinizə dua edin. Əzabı bizdən bir gün yüngülləşdirsin.’
Ələsgər Musayev:
Və o
kəslər ki, oddadırlar, cəhənnəmin gözətçilərinə dedilər:
«Çağırın Rəbbinizi, ondan ötrü ki, O xəfif etsin bizim üçün
əzabdan heç olmasa bir gün».
A.Mehdiyev və D.Cəfərli:
Od içində olanlar Cəhənnəmin gözətçilərinə deyərlər: «Rəbbinizi çağırın bu əzabı bizdən (heç olmasa) bir gün yüngülləşdirsin.»
Kövsər Tağıyev:
Atəşdə olanlar cəhənnəm gözətçilərinə: “Rəbbinizə yalvarın, (heç olmasa) bir gün bizdən əzabı yüngülləşdirsin”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Od içərisində olanlar cəhənnəm gözətçisinə deyərlər: "Rəbbinizi çağırın ki, cəzamızı heç olmasa bir gün yüngülləşdirsin."
Sabirə Dünyamalıyeva:
Və atəş içindəki kəslər, cəhənnəm gözətçilərinə deyəcəklər: "Rəbbinizə dua edin ki, bir gün olsun bizim əzabımızı bir az yüngülləşdirsin."