Əlixan Musayev:
Onların aralarında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir.
Bünyadov-Məmmədəliyev:
O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!
Elmir Quliyev
:
Суди между ними согласно тому, что ниспослал Аллах, не потакай их желаниям и остерегайся их, дабы они не отвратили тебя от части того, что ниспослал тебе Аллах. Если же они отвернутся, то знай, что Аллах желает покарать их за некоторые из их грехов. Воистину, многие люди являются нечестивцами.
Ələddin Sultanov:
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir.
Kerbelayi Malik ağa:
Onların aralarında Allahın endirdiyi ilə hökm et, onların həvalarına uyma. Allahın sənə endirdiyi şeylərin bir qismindən səni fitnəyə salmalarından çəkin. Bundan sonra əgər (Haqqdan) üz çevirsələr, o təqdirdə bil ki, artıq Allah bəzi günahları səbəbiylə, onları bir müsibətə uğratmaq istəyir. Şübhəsiz ki, insanların çoxu həqiqətən fasiqlərdir.
Ələsgər Musayev:
Hökm et onların
arasında nə ilə ki, nazil edib Allah və tabe olma onların
istəklərinə! Ehtiyat et ki, səni yayındırmasınlar bəzisindən nə
ki, nazil edib Allah tərəfinə sənin. Əgər üz döndərdilər və bil
ki, Allah istəyir ki, bəzi günahlarına görə onlara müsibət
yetirsin. Həqiqətən, insanlardan əksəriyyəti fasiqlərdir!
A.Mehdiyev və D.Cəfərli:
(Sənə vəhy etdik ki,) onların arasında Allahın nazil etdiyinin əsasında hökm et, onların nəfsi istəklərinə tabe olma və onlardan çəkin ki, məbadə səni Allahın sənə nazil etdiyinin bəzisindən döndərələr. Beləliklə əgər onlar (sənin hökm etməyindən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarının cəzası olaraq müsibətə düçar etmək istəyib. Əlbəttə insanların çoxu fasiq və Allahın itaətindən çıxandırlar.
Kövsər Tağıyev:
Aralarında Allahın endirdiyi ilə hökm ver. Onların arzularına uyma və Allahın sənə endirdiyinin bir qismindən (Qur`anın bəzi hökmlərindən) səni yayındırmalarına qarşı ayıq ol. Əgər üz döndərsələr, bil ki, şübhəsiz, Allah bəzi günahları səbəbi ilə onları müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların bir çoxu yoldan çıxanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver, həva-həvəslərinə uyma və onlardan özünü qoru ki, onlar Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni yayındırmasınlar. Əgər onlar üz döndərsələr, onda bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Axı, həqiqətən də insanlardan çoxu yolunu azmışlardır.
Sabirə Dünyamalıyeva:
Sən, yenə aralarında Allahın sənə nazil etdiyi ilə hökm et, onların arzu-istəklərinə tabe olma. Səni; Allahın sənə nazil etdiyinin bir qismindən; mübarizəndən yayındıraraq atəşə atmalarından çəkin. Üz döndərsələr, bil ki, həqiqətən Allah bir qisim günahları səbəbiylə/günahlarının ağrı-acısıyla onları müsibətə düçar etmək istəyir. Və şübhəsiz ki, insanların çoxu həqiqətən haqq yoldan çıxan kəslərdir.