Əlixan Musayev:
Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, (Allah) onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir.
Bünyadov-Məmmədəliyev:
Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini Peyğəmbərdən və möminlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah ürəklərdə olanları biləndir.
Elmir Quliyev
:
Воистину, они сворачивают свои сердца (отворачиваются от Аллаха или скрывают в своих сердцах неверие), чтобы спрятаться от Него. Воистину, даже когда они закутываются в одежду, Он знает то, что они утаивают и обнародуют. Он ведает о том, что в груди.
Ələddin Sultanov:
Baxın, (münafiqlər) gizlənmək üçün ikiqat bükülürlər. Bilin ki, paltarlarına bürünsələr belə, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir. Şübhəsiz ki, O, qəlblərdə olanı biləndir.
Kerbelayi Malik ağa:
Həqiqətən onlar Ondan (Allahdan) gizlənmək üçün sinələrini bükmürlərmi (küfrlərini ört-basdır edirlər)? Beləcə libaslarını pərdə (örtük) etmirlərmi? (Allah onların) gizlətdikləri şeyləri və açıqladıqları şeyləri bilir. Şübhəsiz ki, O, sinələrdə olanı biləndir.
Ələsgər Musayev:
Ə, məgər yoxmu? Onlar ürəklərini bir – birinə yaxın
edirlər, ta özlərini məxfi etmək üçün Ondan. Ə, məgər yoxmu?
Nə qədər paltarlarına bürünsələr, bilir O nə ki, sirli edirlər və nə
ki, elan edirlər. Həqiqətən, O Alimdir zatı ilə ürəklərin!
A.Mehdiyev və D.Cəfərli:
Bilin ki, onlar (müşriklər Qur’anı eşidən zaman) Peyğəmbərdən gizlənmək üçün sinələrini bükürlər [və Allahı yada salmaqdan yayınmaq üçün qəlblərini (Qur’ana diqqət etməkdən) yayındırırlar]. Bilin! Allah onlar öz paltarlarını başlarına və bədənlərinə bükəndə və ya yatarkən yorğanı başlarına çəkən zaman onların gizlətdiklərini də və (dillə) aşkar etdiklərini də bilir. Həqiqətən O, sinələrdəki (ürəklərdəki) sirləri biləndir.
Kövsər Tağıyev:
Yaxşı bilin ki, onlar Ondan gizlənmək üçün qəlblərindəki düşmənliyi gizlədirlər. Yenə bilin ki, onlar (görünməsinlər, eşidilməsinlər deyə) libaslarına büründükləri zaman belə Allah onların gizlədiklərini də, aşkara vurduqlarını da bilir. Çünki O, qəlblərdə olanı haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir baxın, onlar sinələrini bürüyüb örtürlər ki, Ondan gizlətsinlər, O isə onlar paltarlarına büründükdə belə nəyi gizlədib, nəyi aşkar etdiklərini bilir. Axı O, ürəklərdə olanları çox yaxşı bilir!
Sabirə Dünyamalıyeva:
Xəbəriniz olsun! Şübhəsiz ki, onlar, Elçidən/vəhydən gizlənmək üçün sinələrini bürmələyib bükər. Xəbəriniz olsun! Onlar libaslarına bürünərkən, gizlədikləri şeyləri, aşkar etdikləri şeyləri Allah bilir. Şübhəsiz ki, Allah, kökslərdə olanı ən yaxşı biləndir.