Əlixan Musayev:
Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl təəccüb doğuran şey) onların: “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” – söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.
Elmir Quliyev
:
Если ты удивляешься, то удивляйся их словам: "Неужели после того, как мы станем прахом, мы возродимся в новом творении?" Они — те, которые не уверовали в своего Господа. Они — те, у кого на шеях оковы. Они — обитатели Огня, которые пребудут в нем вечно.
Ələddin Sultanov:
(Ey Rəsulum!) Əgər (kafirlərə) təəccüblənirsənsə, (bil ki,) əslində təəccüblü olan onların “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” sözüdür. Onlar Rəbbini inkar edənlərdir. (Axirət günü) onların boyunlarına zəncir vurulacaq. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Əgər təəccüblənirsənsə (bil ki), əsl onların: ‘Biz torpaq olduğumuz zamanmı, həqiqətən, mütləq yenidən yaradılacağıq?’ sözləri təəccübləniləcək şeydir. Onlar, Rəblərini inkar edən kəslərdir. Onlar boyunlarında dəmir halqalar olanlardır və onlar atəş əhlidir. Onlar orada əbədi qalanlardır.
Ələsgər Musayev:
Əgər sən təəccüb edirsən, təəccüblüsü onların sözləridir: «Ə, onda ki, biz torpaq olduq, ə, yenidənmi xəlq olunacağıq?» Həmin onlar o kəslərdir ki, Rəblərinə kafir olurlar və onlardır ki, boyunlarında zəncirlər var. Onlar od əshabıdırlar, orada həmişəlikdirlər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər (bir şeyə) təəccüblənirsənsə, onda təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir. Onlar özlərinin Rəbbinə küfr etmiş kəslərdir və onların boyunlarında (dünyada zəlalət, axirətdə isə od) zəncirlər(i) vardır. Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.
Kövsər Tağıyev:
Əgər təəccüb edəcəksənsə, əsl təəccüb ediləsi şey onların “Biz torpaq olduqda (n sonra) yenidənmi yaradılacağıq?” demələridir. Bunlar Rəblərini inkar edənlərdir. Onlar boyunlarına dəmir halqalar taxılanlardır və onlar cəhənnəmlikdirlər. Onlar orada əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sən təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpağa çevrildikdən sonra yenidən yaradılacağıq?" -demələri daha təəccüblüdür. Onlar öz Rəbbini inkar edənlərdir. Onlar boyunlarında zəncirlər olanlardır. Onlar cəhənnəmlikdirlər, onlar orada əbədi qalacaqlar.
Sabirə Dünyamalıyeva:
Və əgər sən təəccüblənirsənsə, əsl təəccübləniləsi şey onların: "Biz torpaq olduqdan sonra, həqiqətən yeni bir dirilişdəmi olacağıq?" sözləridir. Bax, onlar Rəbblərinə inanmamış kəslərdir. Və boyunlarında dəmir halqalar olanlar da onlardır. Və bax onlar Atəş əhlidir, onlar orada əbədi qalacaqlar.