Əlixan Musayev:
İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb (sizi) axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi.
Bünyadov-Məmmədəliyev:
Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü qullarımızı (Büxtünəssəri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin arasında gəzib dolaşırdılar (sizi təqib edirdilər). Bu vəd artıq yerinə yetirildi. (Siz Zəkəriyyanı öldürdünüz, onlar da sizi qətl edib, əsir alıb, yurdunuzu xaraba qoydular).
Elmir Quliyev
:
Когда настала пора первого из двух бесчинств, Мы наслали на вас Наших могущественных рабов, которые прошлись по землям. Так обещание было исполнено.
Ələddin Sultanov:
Bu ikisindən birincisinin vaxtı gəldiyi zaman üstünüzə güclü bəndələrimizi göndərdik. Onlar evlərin arasında gəzib (sizi) axtarırdılar. Bu, yerinə yetirilməli olan bir vəd idi. (Təfsirlərdə sözü gedən güclü bəndələrin Ninevalı Səncarib, Babilli Büxtünnəsr və ya Calutun orduları olduğu və onların, Tövratı və Məscidi-əqsanı yandırdıqları, həmçinin İsrail oğullarının alimlərini öldürüb yetmiş min yəhudini əsir götürdükləri qeyd olunur. Yəhudilərin belə cəzalandırılmalarına səbəb kimi, onların Zəkəriyya peyğəmbəri öldürmələri göstərilir.)
Kerbelayi Malik ağa:
Artıq ikisindən birincisinin vədəsi zamanı gəldiyi zaman (çox çətin) qüvvət sahibi qullarımızı sizin üzərinizə göndərdik. Beləcə evlərin aralarına girib sizi axtardılar və vəd edilən edilmiş oldu.
Ələsgər Musayev:
Onda ki,
ikisindən əvvəlinci vədə gəldi, Biz qaldırdıq üzərinizə şiddətli
qüvvət sahibi olan bəndələrimizi və onlar diyarları arasına daxil
olarlar və əməl olunar vədəyə.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, o iki itaətsizliyin birincisinin (cəzasının) vəd edilmiş vaxtı çatanda, Özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə onlar (sizi öldürmək üçün hətta) evlərin içini axtararlar (ki, heç kimi diri qoymasınlar). Bu, baş verəcək qəti bir vəddir.
Kövsər Tağıyev:
Nəhayət, bu iki fitnə-fəsaddan birincisinin vaxtı gələndə (sizi cəzalandırmaq üçün) üstünüzə çox güclü olan bəzi qullarımızı göndərdik. Onlar evlərinizin arasına qədər girdilər. Bu, yerinə yetirilməli olan bir vəd idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan [iki fəsaddan] birincisi haqqında vəd [cəza] gələn zaman Biz sizin üzərinizə böyük güc sahibləri olan bəndələrimizi [babilstanlıları] göndərdik. Onlar yurdlara soxuldular və vəd yerinə yetirilmiş oldu.
Sabirə Dünyamalıyeva:
Bax, o ikisindən birincisinin vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik də onlar, evlərin arasına girib axtarırdılar. Və o, yerinə yetirilməsi lazım olan bir vəd idi.