Məryəm Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən özümdən sonra gələn qohumlarımdan (dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,
Bünyadov-Məmmədəliyev:
Mən özümdən sonra gələn qohum-əqrəbamdan (yerimə keçəcək əmioğlularımın digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm ki, qısırdır. Buna görə mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki,
Elmir Quliyev :
Я опасаюсь того, что натворят мои родственники после меня, потому что жена моя бесплодна. Даруй же мне от Тебя наследника,
Ələddin Sultanov:
Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm qısırdır. Ona görə Öz tərəfindən mənə bir dost (oğul) ver!
Kerbelayi Malik ağa:
Həqiqətən mən özümdən sonra vali olanlardan (mənim soyumdan gələnlər mənim kimi davranmazlar deyə) qorxdum. Mənim qadınım da sonsuz oldu (yaşlandı). Bu səbəblə mənə Sənin dərgahından bir vəli (dost, yardımçı övlad) bağışla.
Ələsgər Musayev:
Xoflanıram özümdən sonrakı yaxınlarımdan arvadım doğmaz oldu. Mənə Öz tərəfindən varis bəxş et!
A.Mehdiyev və D.Cəfərli:
Mən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram zövcəm əvvəldən qısır olub. Buna görə mənə Öz dərgahından varis olacaq bir övlad əta et.
Kövsər Tağıyev:
“Həqiqət budur ki, məndən sonra gələcək qohumlarım(ın üsyankar olmağın)dan qorxuram. Zövcəm isə qısırdır. Mənə öz dərgahından bir övlad bəxş et ki,
M.Qənioğlu və T.Bilaloğlu:
Mən özümdən sonrakı nəslin halına qorxuram. Axı arvadım sonsuzdur. Öz tərəfindən mənə elə övlad bəxş et ki,
Sabirə Dünyamalıyeva:
həqiqətən mən, arxamdan, yaxın adamlardan/əmioğullarımdan narahatam. Arvadım da sonsuzdur. Onun üçün dərgahından mənə bir vəli [köməkçi, himayəçi yaxın kəs] əta et ki