Bəqərə Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
Bünyadov-Məmmədəliyev:
Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
Elmir Quliyev :
Они следуют верному руководству от их Господа, и они являются преуспевшими.
Ələddin Sultanov:
Onlar Rəbbi tərəfindən göstərilən doğru yoldadırlar. (Cəhənnəm əzabından) xilas olanlar da məhz onlardır.
Kerbelayi Malik ağa:
Məhz onlar Rəblərindən bir hidayət üzrədirlər. Onlar fəlaha (qurtuluşa) çatanlardır.
Ələsgər Musayev:
Həmin onlar üzərindədirlər hidayətin Rəblərindən həmin onlar nicat tapanlardır.
A.Mehdiyev və D.Cəfərli:
Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri əqli) bir hidayətdədirlər nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir).
Kövsər Tağıyev:
Məhz onlar Rəblərindən (gələn) doğru bir yoldadırlar qurtuluşa nail olanlar da məhz onlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar öz Rəbbi tərəfindən (göstərilən) düz yoldadırlar, onlar uğur qazanmışlardır.
Sabirə Dünyamalıyeva:
Bax onlar, Rəbbi tərəfindən doğru yoldadır. Yenə xilas olanlar, qazanclı çıxanlar da məhz onlardır.