Nur Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!
Elmir Quliyev :
кроме тех из них, которые после этого раскаялись и стали поступать праведно. Воистину, Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ancaq bundan sonra tövbə edib özlərini islah edənlər istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Bundan sonra tövbə edib islah olanlar (düzələnlər) xaric. Şübhəsiz ki, Allah Ğafurdur (bağışlayandır), Rəhimdir.
Ələsgər Musayev:
O kəslərdən başqa ki, bundan sonra qayıdıb islah edə. Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ondan (vurduqları töhmətdən) sonra (batinlərində) tövbə edən (töhmətə görə verilən ilahi cəza müqabilində təslim olmaqla ya töhmət vurduğu şəxsi razı salmaqla özünü) düzəldən kəslər istisnadırlar. Şübhəsiz, Allah bağışlayan mehribandır.
Kövsər Tağıyev:
Ancaq bundan sonra tövbə edib islah olanlar istisnadır. Çünki Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
bundan sonra tövbə edib düzələnlərdən başqa. Axı Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Ancaq böhtan atdıqdan sonra tövbə edən; böhtan atdığını etiraf edən bir daha eləməyəcəyinə söz verən [özünü] kəslər istisna olmaqla. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmətlidir.