Nəml Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bunlar əzabı ağır olacaq kimsələrdir; Axirətdə ən çox ziyana uğrayacaq kəslər elə onlardır.
Bünyadov-Məmmədəliyev:
Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə) axirətdə ən böyük ziyana uğrayacaq kəslər onlardır!
Elmir Quliyev :
Они те, которым уготованы злые мучения, а в Последней жизни они понесут наибольший убыток.
Ələddin Sultanov:
Onlar üçün pis bir əzab var axirətdə ən çox ziyana uğrayanlar onlar olacaqlar.
Kerbelayi Malik ağa:
Onlar üçün ağır əzab vardır. Onlar axirətdə ən çox hüsrana uğrayanlardır.
Ələsgər Musayev:
Həmin onlar o kəslərdir ki, onlar üçün pis əzab var onlar axirətdə xəsarətdə olanlardır.
A.Mehdiyev və D.Cəfərli:
Onları şiddətli əzab gözləyir axirətdə ən böyük ziyana uğrayacaq kəslər onlardır! (Çünki, möminin günahdan əlavə savabları da vardır, lakin onların savabları aradan getmişdir).
Kövsər Tağıyev:
Onlar ən pis əzaba düçar olacaq kimsələrdir. Onlar axirətdə ən çox ziyana uğrayanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar o kəslərdir ki, onlara ən pis əzab olacaq onlar axirətdə ən çox ziyana düşəcəklər.
Sabirə Dünyamalıyeva:
Bax bunları əzabın pisi gözləyir bunlar axirətdə ən çox ziyana uğrayacaq olanların elə özüdür.