Əlixan Musayev:
Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, (qoy bilsin ki), Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev
:
Если кто надеется на встречу с Аллахом, то ведь срок Аллаха непременно наступит. Он — Слышащий, Видящий.
Ələddin Sultanov:
Kim Allaha qovuşacağına ümid edirsə, bilsin ki, Allahın təyin etdiyi vaxt mütləq gələcəkdir. O, hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Kim (həyatdaykən) Allaha təslim olmağı diləsə, o təqdirdə şübhəsiz ki, Allahın təyin etdiyi zaman mütləq gələcəkdir. O, ən yaxşı eşidən, ən yaxşı biləndir.
Ələsgər Musayev:
Kimin Allahla görüşə ümidi olar, həqiqətən, Allahın əcəli gəlir və O Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Hər kəs Allahla görüşəcəyinə (Bərzəx, Qiyamət günü və Cənnətdə Onun hüzuruna daxil olmağa) ümid edirsə, onda (çox çalışsın, çünki) şübhəsiz, Allah (tərəfindən müəyyən olunmuş) müddət (mütləq) gələcəkdir. O, (hər şeyi) eşidən və biləndir.
Kövsər Tağıyev:
Kim Allaha qovuşmağı ümid edirsə, bilsin ki, Allahın təyin etdiyi o vaxt mütləq gələcək. Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qovuşmaq arzusunda olanlar (bilsinlər ki,) Allahın təyin etdiyi vaxt mütləq gələcəkdir. Axı O, hər şeyi eşidəndir, biləndir.
Sabirə Dünyamalıyeva:
Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, heç şübhəsiz ki, Allahın təyin etdiyi müddət mütləq gələcək. Və O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.