Əlixan Musayev:
(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Onları (əsil-nəsilləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür (daha ədalətlidir). Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları qardaşım, əmioğlum, dostum deyə çağırın). Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Зовите их (приемных детей) по именам их отцов. Это более справедливо перед Аллахом. Если же вы не знаете их отцов, то они являются вашими братьями по вере и вашими близкими. Не будет на вас греха, если вы совершите ошибку , если только вы не вознамерились совершить такое в сердце. Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Onları (oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın! Allah nəzdində bu daha ədalətlidir. Əgər onların atalarının kim olduğunu bilmirsinizsə, onları din qardaşlarınız və yaxınlarınız olaraq görün. Çaşıb etdiklərinizə görə yox, qəsdən etdiklərinizə görə sizə günah yazılar. Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Onları (övladlıqlarınızı) atalarının adı ilə çağırın. Bu, Allahın dərgahında daha ədalətlidir. Əgər onların atalarını bilmirsinizsə, o zaman onlar dində sizin qardaşlarınız və dostlarınızdır. Xəta etdiyiniz şeylərə görə sizin üçün günah yoxdur. Lakin qəlblərinizin qəsdən etdirdiyi şeylərdən (günah vardır). Allah Ğafurdur (günahları savaba çevirən), Rəhimdir.
Ələsgər Musayev:
Çağırın onları öz atalarına məxsus edərək.
Bu, daha insaflıdır Allah yanında. Əgər atalarını tanımasanız,
onda sizin qardaşlarınızdır dində və dostlarınızdır. Əgər bu
barədə nədəsə xəta edəsiniz, sizin üçün günah yoxdur və lakin
bir surətdə ki, qəlbən qəsdiniz olmaya. Oldu Allah Ğəfur,
Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər atalarının kim olduğunu bilməsəniz onlar sizin din qardaşlarınız və dostlarınızdır (deyin: bu, mənim din qardaşım, yaxud dostumdur). Əgər bir yerdə – (aid etməkdə) – səhv etsəniz, sizə günah yoxdur. Lakin (günah) qəlblərinizlə, qəsdən (bilərəkdən onları başqasına aid) etmənizdir və Allah həmişə bağışlayan və rəhimlidir.
Kövsər Tağıyev:
Onları atalarına nisbət edərək çağırın. Bu, Allah qatında daha (doğru və) ədalətlidir. Əgər atalarını bilmirsinizsə, onlar sizin din qardaşlarınız və dostlarınızdır. Xəta ilə etdiyiniz bir işə görə sizə heç bir günah yoxdur. Lakin qəsdən etdiyiniz şeylərə görə sizə günah var. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onları öz atalarının (adı ilə) çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər onların atalarını tanımasanız, onda onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Bilmədən etdiyinizə görə sizin üçün bir günah olmaz, lakin qəlblərinizin bilərəkdən etdiyinizə sizə günah vardır. Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Övladlığa götürdükləriniz öz atalarının adları ilə çağırın; bu, Allah yanında daha haqqaniyetlidir. Əgər atalarını tanımırsınızsa, artıq onlar dində sizin qardaşlarınız və müqaviləylə yaxınlıq etdiyiniz kəslərdir. Qəlblərinizin qəsdən etdiyi; şüurlu olaraq, plan quraraq etdiyiniz istisna olmaqla, etdiyiniz səhvlərə görə sizə bir günah yoxdur. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.