Əlixan Musayev:
Ayələrimizi qüvvədən salmağa cəhd göstərənləri isə ən pis, ağrılı-acılı əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Ayələrimizi batil (aciz) etmək (Bizi aciz buraxmaq) üçün cəhd göstərənlər isə şiddətli, iyrənc bir əzaba düçar olacaqlar.
Elmir Quliyev
:
А тем, которые старались ослабить Наши знамения, уготованы страдания от мучительного наказания.
Ələddin Sultanov:
Ayələrimizi qüvvədən salmaq üçün səy göstərənlər acı əzabın ən pisinə düçar olacaqlar.
Kerbelayi Malik ağa:
Ayələrimizi batil etmək üçün çalışanlara acılı-ağrılı, iyrənc bir əzab vardır.
Ələsgər Musayev:
Və
o kəslər ki, səy edirlər ayətlərimizi aciz etməyə – həmin onlar
üçün əzab var ələmli cəzadan.
A.Mehdiyev və D.Cəfərli:
Və Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etmək)də səy göstərən kəslər üçün ən pis əzablardan şiddətli bir əzab hazırlamışıq.
Kövsər Tağıyev:
Ayələrimizi etibarsız etmək üçün yarışarcasına cəhd göstərənlər ki var, onlar üçün ağrılı-acılı, çox pis bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizi aciz salacaqlarını güman edərək ayələrimizi batil etməyə cəhd göstərənlər üçün üzücü bir əzab cəzası olacaqdır.
Sabirə Dünyamalıyeva:
Və bu, işarətlərimi/nişanələrimi gizlətməyə çalışanlar; bax onlar üçün ələm verici pis bir əzab var.