Əlixan Musayev:
Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan (şeytan da) sizi yoldan çıxartmasın.
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!
Elmir Quliyev
:
О люди! Воистину, обещание Аллаха истинно. Пусть не обольщает вас мирская жизнь, и пусть соблазнитель (дьявол) не обольщает вас относительно Аллаха.
Ələddin Sultanov:
Ey insanlar, Allahın vədi haqdır! Ona görə də dünya həyatı sizi aldatmasın, aldadıcı (şeytan) da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) yoldan çıxartmasın!
Kerbelayi Malik ağa:
Ey insanlar! Şübhəsiz ki, Allahın vədi haqdır. Elə isə dünya həyatı sizi aldatmasın. Hiyləgər şeytan sizi Allah ilə (əfvinə güvəndirərək) aldatmasınlar.
Ələsgər Musayev:
Ay insanlar! Həqiqətən, vədi Allahın haqdır. Qürurlu
etməsin sizi dünya həyatı və qürurlu etməsin sizi Allah ilə
qürurlu olan!
A.Mehdiyev və D.Cəfərli:
Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın ! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!
Kövsər Tağıyev:
Ey insanlar! Həqiqətən, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın. Çox aldadıcı (Şeytan) sizi Allah haqqında aldatmasın.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar, həqiqətən, Allahın vədi haqdır. Qoy bu dünya həyatı sizi şirnikdirib aldatmasın. Qoy o aldadıcı [şeytan] sizi Allahın (əvf edəcəyinə arxayın edib) aldatmasın.
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Heç şübhəsiz, Allahın verdiyi söz gerçəkdir. Onun üçün bu dəyərsiz dünya həyatı sizi aldatmasın. Və o yalançı, sizi qətiyyən Allah ilə aldatmasın. Şübhəsiz o şeytan, sizin düşməninizdir. Buna görə, siz də onu düşmən bilin.