Əlixan Musayev:
(Bu ona görədir) ki, Allah mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil etsin və onların günahlarından keçsin. Bu, Allah yanında böyük müvəffəqiyyətdir.
Bünyadov-Məmmədəliyev:
(Cihad əmri ona görədir ki) Allah mömin kişiləri və qadınları əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarının üstünü örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev
:
И чтобы ввести верующих мужчин и верующих женщин в Райские сады, в которых текут реки, где они пребудут вечно, и чтобы простить им их злодеяния. Это перед Аллахом является великим преуспеянием.
Ələddin Sultanov:
(Bütün) bunlar Allahın mömin kişiləri və mömin qadınları altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil etməsi və onların günahlarının üstünü örtməsi üçündür. Bu, Allah dərgahında böyük bir uğurdur!
Kerbelayi Malik ağa:
Mömin qadın və kişiləri orada əbədi qalmaq üzərə altından çaylar axan cənnətlərə qoysun və onların günahlarını örtsün deyə. Bu, Allahın dərgahında fevz-ül əzmdir.
Ələsgər Musayev:
Daxil etməsi üçün
inanan kişiləri və inanan qadınları bağlara – cari olur altından
onun nəhrlər, həmişəlik qalacaqlar orada və örtər üstünü
onlardan pisliklərini. Bu, Allah yanında əzəmətli üstünlük və
rəhmət oldu.
A.Mehdiyev və D.Cəfərli:
Mömin kişi və qadınları həmişəlik qalmaları üçün (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil etmək və onların günahlarını təmizləmək üçün! Bu, Allah yanında böyük uğurdur.
Kövsər Tağıyev:
Bütün bunlar Allahın iman edən kişi və qadınları içindən çaylar axan, içində əbədi qalacaqları cənnətlərə qoyması və onların pisliklərini örtməsi üçündür. Bax bu, Allah qatında böyük bir uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar ona görədir ki, O, mömin kişi və qadınları dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağlarına daxil etsin və pis əməllərinin (günahlarını) onların üstlərindən götürsün. Bu, Allahın dərgahında böyük bir uğurdur!
Sabirə Dünyamalıyeva:
mömin kişiləri və mömin qadınları içində əbədi qalmaq üzrə, altlarından çaylar axan cənnətlərə daxil etməsi və onların pisliklərinin üstünü örtməsi üçün -bu, Allah yanında böyük bir qurtuluşdur