Əlixan Musayev:
Göylərin və yerin hökmranlığı Ona məxsusdur. (Bütün) işlər ancaq Allaha qaytarılacaqdır.
Bünyadov-Məmmədəliyev:
Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qaytarılacaqdır!
Elmir Quliyev
:
Ему принадлежит власть над небесами и землей, и к Аллаху возвращаются дела.
Ələddin Sultanov:
Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Bütün işlər Allaha qaytarılacaqdır.
Kerbelayi Malik ağa:
Göylərin və yerin mülkü Onundur. (Bütün) işlər Allaha döndürülər.
Ələsgər Musayev:
Onun üçündür mülkü səmaların və ərzin və bütün
əmrlər Onun tərəfinə müraciət edir.
A.Mehdiyev və D.Cəfərli:
Göylərin və yerin (yaradılması, qorunması, idarə və yox edilməsi Onun əlində olduğu üçün onların) həqiqi malik və sahibi Odur. Və (varlıq aləminin) bütün işlər(i və səbəblər silsiləsi səbəblər səbəbi olan) Ona tərəf qaytarılır.
Kövsər Tağıyev:
Göylərin və yerin hökmranlığı Onundur. Bütün işlər ancaq Ona döndərilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərin və yerin mülkü Onundur. Bütün işlər Allaha qaytarılır.
Sabirə Dünyamalıyeva:
Göylərin və yer üzünün hökmü yalnız Ona məxsusdur. Və bütün işlər yalnız Allaha [tərəf] qaytarılacaqdır.