Əlixan Musayev:
Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir və Onun fasiqləri rəzil etməsi üçündür.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər! Sizin kafirlərə məxsus olan) hər hansı bir xurma ağacını kəsməyiniz, yaxud (toxunmayıb) onu kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Və bu (Allahın öz Rəbbinə asi olan) fasiqləri rüsvay etməsi üçündür.
Elmir Quliyev
:
Срубили ли вы финиковые пальмы или оставили их стоять на их стволах — на то было соизволение Аллаха, дабы опозорить нечестивцев.
Ələddin Sultanov:
Xurma ağaclarından hər hansı birini kəsməyiniz, yaxud onu (kəsməyib) kökü üstündə saxlamağınız Allahın iznilədir və doğru yoldan çıxanları rəzil etməsi üçündür. (Bu ayə müsəlmanların yəhudilərə aid xurma ağaclarından bir qismini kəsdikləri üçün nazil olmuşdur.)
Kerbelayi Malik ağa:
Xurma ağaclarından kəsdikləriniz və ya kökləri üzərində salamat qoyduqlarınız da ancaq Allahın icazəsiylədir və bu, fasiqlərin pərişan olmaları üçündür.
Ələsgər Musayev:
Xurma ağaclarından hər nə ki, kəsildi və hər nə ki,
kökü üstündə qaldı, hamısı Allahın izni ilə idi və fasiqlərin
rüsvay olması üçün.
A.Mehdiyev və D.Cəfərli:
Hər hansı çox dəyərli xurma ağacını kəsdinizsə, ya onu öz kökləri üstündə boy atan halda buraxdınızsa (bu), Allahın izni ilə idi, (bəzi məsələlərə xatirdir) və bu, Allahın itaətsizləri rüsvay etməsi üçündür.
Kövsər Tağıyev:
(Savaş səbəbi ilə) xurma ağaclarından hansını kəsdiniz yaxud (kəsməyib) kökləri üzərində dik buraxdınızsa, hamısı Allahın izni ilədir. Bu da fasiqləri rüsvay etməsi üçündür.
M.Qənioğlu və T.Bilaloğlu:
(Kafirlərin yurdlarındakı) xurma ağaclarından nəyi kəsdinizsə və ya onlardan kökləri üzərində salamat duran nəyi buraxdınızsa Allahın izni ilədir və bu, pozğunluq salanları rüsvay etmək üçündür.
Sabirə Dünyamalıyeva:
Xurma ağaclarından hər hansı bir şey kəsməyiniz və ya onları kökləri üstündə [salamat] qoymağınız Allahın izni ilə/məlumatı daxilində və Onun, haqq yoldan çıxan kəsləri rüsvay etməsi üçündür.