Mümtahinə Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”
Bünyadov-Məmmədəliyev:
Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”
Elmir Quliyev :
Господь наш! Не делай нас искушением для тех, которые не веруют. Господь наш, прости нас, ведь Ты Могущественный, Мудрый".
Ələddin Sultanov:
Ey Rəbbimiz, bizi kafirlər üçün imtahan vasitəsi etmə! Ey Rəbbimiz, bizi bağışla! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən!”
Kerbelayi Malik ağa:
Rəbbimiz, bizi kafirlər üçün fitnə (sınaq vasitəsi) etmə! Bizi bağışla, Rəbbimiz! Şübhəsiz ki, Sən Əzizsən, Hakimsən.
Ələsgər Musayev:
Rəbbimiz! Bizi sınaq vasitəsi etmə o kəslər üçün ki, kafirdirlər bağışla bizim üçün. Rəbbimiz! Həqiqətən, Sən Sən Əzizsən, Həkimsən!»
A.Mehdiyev və D.Cəfərli:
«Ey Rəbbimiz! Bizi kafirlərin imtahan vasitəsi etmə (ki, bizə dillə, ya əməllə əziyyət versinlər, ya onları imtahana çəkmək üçün bizi müxtəlif müsibətlərə düçar etmə). Ey Rəbbimiz, bizi bağışla, çünki Sən yenilməz qüdrət hikmət sahibisən».
Kövsər Tağıyev:
“Ey Rəbbimiz! Bizi inkar edənlərin zülmünə məruz qoyma. Bizi bağışla. Ey Rəbbimiz! Şübhəsiz, sən mütləq güc sahibisən, hökm hikmət sahibisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbimiz , bizi kafirlərə sınaq etmə bizi bağışla. Rəbbimiz, axı sən qüdrət, hökm hikmət sahibisən!"
Sabirə Dünyamalıyeva:
Rəbbimiz! Bizi kafirlər [Sənin məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün bir atəşə atılmaq vasitəsi/imtahan vasitəsi etmə! Bizi bağışla! Rəbbimiz! Həqiqətən, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, [etdiyini] möhkəm edənsən!"