Əlixan Musayev:
Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların nümunəsi necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!
Elmir Quliyev
:
Те, кому было поручено придерживаться Таурата (Торы) и которые не придерживались его, подобны ослу, который везет на себе много книг. Как же скверно сравнение с людьми, которые считают ложью знамения Аллаха! Аллах не ведет прямым путем несправедливых людей.
Ələddin Sultanov:
Özlərinə Tövrat yüklənən, sonra da onu daşımayanlar (ona əməl etməyənlər) çoxlu kitab daşıyan uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalanlayanların məsəli necə də pisdir! Allah zalımları doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Özlərinə Tövrat yüklənib sonra Onu daşımayanların (onunla əməl etməyənlərin) halı çoxlu kitab daşıyan uzunqulağın halı kimidir. Allahın ayələrini yalanlayan qövmün vəziyyəti necə də pisdir. Allah zalımlar qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Məsəli o kəslərin ki, yükləndilər Tövratla, sonra
o yükü apara bilmədilər, uzunqulaq məsəli kimidir, hansı ki,
kitab yükü daşıyır. Pisdir məsəli qoumun - o kəslərin ki, yalan
sayırlar ayətlərilə Allahı. Allah zalim qoumu hidayət etməz!
A.Mehdiyev və D.Cəfərli:
Tövrat (elmi, əməli və təbliğinə dair bilgi) çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər (yəhudi alimləri) neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağa bənzəyər. Allahın ayələrini (Tövratın buyruqlarına qarşı çıxmaqla) təkzib və inkar edənlər barədə (çəkilən məsəl) necə də pis məsəldir! Allah zalım qövmü doğru yola yönəltməz!
Kövsər Tağıyev:
Tövratdan məsul tutulub onunla əməl etməyənlərin halı cildlərlə kitab daşıyan eşşəyin halı kimidir. Allahın ayələrini inkar edən qövmün halı nə pisdir. Allah zalımlar qövmünə hidayət etməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Tövratla yüklənmiş, sonra isə onu daşıya bilməyənlərin məsəli kitablarla yüklənmiş ulağın məsəlinə bənzəyir. Allahın ayələrini yalan hesab edən belə bir camaatın halı necə də pisdir! Allah haqsız adamları düz yolla aparmaz!
Sabirə Dünyamalıyeva:
Tövrat üstlərinə yükləndikdən [çiyinlərinə qoyulduqdan] sonra onu daşımayan kəslərin halı [misalı], kitablar daşıyan eşşəyin halı kimidir. Allahın ayələrini təkzib edən qövmün məsəli necə də pisdir! Və Allah, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər qövmünə doğru yolu göstərməz.