Əlixan Musayev:
Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən.
Bünyadov-Məmmədəliyev:
Onlara: “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!” –deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.
Elmir Quliyev
:
Когда им говорят: "Придите, чтобы Посланник Аллаха попросил для вас прощения", — они качают головой, и ты видишь, как они надменно отворачиваются.
Ələddin Sultanov:
Onlara: “Gəlin Allahın Peyğəmbəri sizin üçün məğfirət diləsin!” - deyildiyi zaman başlarını çevirərlər və sən onların təkəbbürlə üz çevirdiklərini görərsən.
Kerbelayi Malik ağa:
Onlara (münafiqlərə): ‘Gəlin, Allahın Rəsulu sizin üçün məğfirət diləsin.’ deyildiyi zaman istehza ilə başlarını bulayar. Sən onların üz çevirdiklərini görərsən. Onlar kibirlənən kimsələrdir.
Ələsgər Musayev:
Onda ki, onlara deyildi: «Gəlin, Allahın rəsulu sizin üçün
bağışlanmaq istəsin!», - onlar başlarını döndərirlər və sən
görürsən ki, onlar sədd çəkirlər və onlar təkəbbürlük edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Onlara: «Gəlin Allah Rəsulu sizin üçün bağışlanmaq diləsin,» deyildikdə (inkar və təkəbbür üzündən) başlarını bulayarlar, onları təkəbbürlə üz çevirən və başqalarını da düz yoldan saxlayan görərsən.
Kövsər Tağıyev:
O münafiqlərə: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma diləsin”, – deyildikdə başlarını çevirərlər və sən onların təkəbbür göstərərək uzaqlaşdıqlarını görərsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "Gəlin, Allahın peyğəmbəri sizin üçün bağışlanma diləsin" - deyiləndə onlar başlarını yelləyər və sən onların təkəbbürlənərək üz döndərdiklərini görərsən.
Sabirə Dünyamalıyeva:
Və onlara: "Gəlin, Allahın Elçisi sizin üçün bağışlanma diləsin" deyildiyi zaman, başlarını yana çevirdilər. Sən, onların təkəbbürlə üz çevirdiklərini də görərsən.