Təğabun Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Daha öncə kafir olmuş öz əməllərinin cəzasını dadmış kimsələrin xəbəri sizə gəlib çatmadımı? Onlar üçün acılı-ağrılı bir əzab hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
(Ey Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi) xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördükləri işlərin cəzasını dünyada daddılar. Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
Elmir Quliyev :
Разве до вас не дошли рассказы о тех, которые не уверовали в прошлом и вкусили пагубные последствия своих деяний? Им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Daha əvvəl inkar edənlərin xəbəri sizə gəlib çatmadımı? Onlar öz əməllərinin cəzasını (dünyada) daddılar. Onlar üçün (axirətdə də) acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Daha əvvəl inkar edənlərin xəbəri sizə gəlmədimi? O zaman onlar işlərinin cəzasını daddılar. Onlar üçün ağrılı-acılı əzab vardır.
Ələsgər Musayev:
Ə, gəlib çatmadımı sizə xəbəri o kəslərin ki, kafir idilər qabaqcadan daddılar bəlasını əmrlərinin? Onlar üçün ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Bundan öncə kafir olan kəslərin xəbəri sizə gəlmədimi? Onlar öz işlərinin zərərini pis aqibətini daddılar, onlar üçün ağrılı bir əzab vardır!
Kövsər Tağıyev:
Bundan əvvəl inkar edib inkarlarının cəzasını dadanların xəbəri sizə gəlmədimi? Onlar üçün ağrılı-acılı bir əzab da var.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan əvvəl küfr edib öz əməllərinin cəzasını dadanların xəbəri sizə gəlib çatmayıbmı? Onlar üçün üzücü əzab vardır.
Sabirə Dünyamalıyeva:
Qabaqcadan kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] xəbəri sizə gəlib çatmadımı? Onlar, işlərinin cəzasını daddılar. Onlar üçün ağrılı-acılı bir əzab da var.