Təhrim Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar bakirə qızlar verə bilər.
Bünyadov-Məmmədəliyev:
Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar bakirə qızlar versin!
Elmir Quliyev :
Если он разведется с вами, то его Господь может заменить вас женами, которые будут лучше вас, и будут мусульманками, верующими, покорными, кающимися, поклоняющимися, постящимися, как побывавшими замужем, так и девственницами.
Ələddin Sultanov:
Əgər o sizi boşayarsa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar bakirə qızları zövcə olaraq bəxş edər.
Kerbelayi Malik ağa:
Əgər (O), sizi boşasa, Rəbbi onun üçün sizin əvəzinizə sizdən daha xeyirli olan müsəlman qadınlar, mömin qadınlar, qanitin olan qadınlar, tövbə edən qadınlar, (Allaha) qul olan qadınlar, oruc tutan qadınlar, dul bakirə olan qadınlardan zövcələr ilə dəyişdirməsi ümid edilir.
Ələsgər Musayev:
Ola bilsin ki, Rəbbi onun, əgər o, talaq versə sizə, dəyişər onun üçün zövcələrini xeyirlisi ilə sizdən təslim olan qadından, inanan qadından, itaət edən qadından, qayıdan qadından, ibadət edən qadından, ziyarət edən qadından, dul bakirə.
A.Mehdiyev və D.Cəfərli:
Əgər o sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar bakirə (qızlar) versin.
Kövsər Tağıyev:
Əgər o, sizi boşasa, Rəbbi ona sizdən daha xeyirli, müsəlman, inanan, itaət edən, tövbə edən, ibadət edən, oruc tutan, dul bakirə zövcələr verə bilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbər sizi boşarsa, bəlkə onun Rəbbi əvəzində ona sizdən daha yaxşı zövcələr - (Allaha) təslim olmuş, iman gətirən, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul bakirə qadınlar verər.
Sabirə Dünyamalıyeva:
Əgər o sizi boşasa, ümid edilir ki, Rəbbi, ona sizdən daha xeyirli, müslümə, möminə, daima ehtiram göstərən, tövbə edən, oruc tutan/səyahət edən dul bakirə zövcələr versin.