Mülk Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.
Elmir Quliyev :
Воистину, Мы украсили ближайшее небо светильниками и установили их для метания в дьяволов. Мы приготовили для них мучения в Пламени.
Ələddin Sultanov:
Həqiqətən, Biz ən yaxın göyü qəndillərlə (ulduzlarla) bəzədik bunları şeytanları daşlama vasitəsi etdik. Onlar üçün alovlu od əzabı da hazırlamışıq.
Kerbelayi Malik ağa:
And olsun ki, dünyanın səmasını qəndillərlə (ulduzlarla) bəzədik. Onları şeytanlara (atılan) daşlar etdik. Onlar üçün alovlu atəşin əzabını hazırladıq.
Ələsgər Musayev:
Əlbəttə, Biz zinətləndirdik dünya səmasını çıraqlarla etdik onları şeytanlar üçün güllələr hazırladıq onlar üçün od əzabı.
A.Mehdiyev və D.Cəfərli:
şübhəsiz, Biz (sizə) ən yaxın olan göyü çıraqlarla (ulduzlarla) zinətləndirdik onları şeytanların daşlanması üçün vasitə etdik, onlar üçün (şeytanlar üçün axirətdə) yandırıcı odun əzabını hazırlamışıq.
Kövsər Tağıyev:
And olsun, biz ən yaxın göyü qəndillərlə bəzədik. Onları şeytanlara atılan daşlar etdik (axirətdə də) onlara alovlu atəş əzabını hazırladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ən yaxın səmanı çıraqlarla bəzədik onları şeytanlara atılan mərmilərə çevirdik. Onlar üçün cəhənnəm odu əzabını hazırladıq.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Biz ən yaxın göyü qəndillərlə bəzədik onları, kahinlərin uydurmaları üçün material, vəsait [meteorların yerə düşməsi ilə, insanların kosmosdakı varlıqları tanımalarıyla şeytanların; kahinlərin, falçıların saxtakarlıqlarının meydana çıxması üçün vəsait] etdik. onlar üçün alovlu atəş əzabını hazırladıq.