Əlixan Musayev:
Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda (Bədrə getmək üçün) evindən çıxartdı. Halbuki (bu,) möminlərdən bir dəstənin xoşuna gəlmirdi.
Bünyadov-Məmmədəliyev:
(Qənimətlərin bölüşdürülməsi üsulundan bəzilərinin narazı qalması) möminlərdən bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər! (Bəzi möminlər müsəlmanların sayca az, qüvvətcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər əleyhissəlama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin Peyğəmbər onların sözünə baxmayıb yaxın əshabələri ilə vuruşa yollanmış və düşməni məğlub edərək xeyli qənimət əldə etmişdi. Qənimətin bölünməsi haqqında cürbəcür təkliflər irəli sürülmüş, nəhayət Peyğəmbər bu barədə öz fikrini demişdi. Bu fikir əvvəlcə bəzilərinin xoşuna gəlməmiş, sonra onun düzgünlüyü başa düşülüb hamılıqla qəbul edilmişdi. Beləliklə, hər iki halda – həm müharibəyə getməkdə, həm də qənimətlərin bölünməsi üsulunda Peyğəmbər əleyhissəlamın haqlı olduğu sübuta yetmişdi).
Elmir Quliyev
:
Таким же образом твой Господь побудил тебя выйти из дома (в направлении Бадра) ради истины, хотя некоторые из верующих не хотели этого.
Ələddin Sultanov:
Necə ki, Rəbbin səni haqq uğrunda evindən çıxartmışdı. Halbuki, bu, möminlərdən bir dəstənin heç xoşuna gəlməmişdi. (Bədr döyüşündən sonra müsəlmanların bir qismi ələ keçirilmiş qənimətlərin bölgüsündə narazılıq etmişdilər. Bəziləri də Bədr döyüşü üçün məşvərət edilərkən döyüşmək yerinə Məkkəlilərə aid karvanı ələ keçirməyi təklif etmişdilər.)
Kerbelayi Malik ağa:
(Bu vəziyyət) Rəbbinin səni haqq ilə evindən çıxardığı vaxt möminlərdən bir dəstənin narazı olduğu kimidir.
Ələsgər Musayev:
Nə qədər Rəbbin haqq ilə xaric etdi səni evindən və həqiqətən, inananlardan bir firqəsinin kərahəti var idi.
A.Mehdiyev və D.Cəfərli:
(Onlardan bəzilərinin Bədr müharibəsi qənimətlərindən məhrum olduqlarına görə narazı qalmaları,) Rəbbinin səni möminlərdən bir dəstəsi narazı olduqları halda evindən haqq və doğru olaraq (Bədrə sarı) çıxarması kimidir.
Kövsər Tağıyev:
Rəbbin səni haqq uğrunda (savaşmaq üçün) evindən çıxarmışdı. Möminlərdən bir dəstə isə bu barədə könülsüz idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbin eləcə də haqq olaraq səni (döyüş üçün) evindən çıxartdıqda möminlərdən bir dəstə (döyüşə getmək) istəməyərək,
Sabirə Dünyamalıyeva:
-möminlərdən bir dəstə həqiqətən narazı qaldığı halda Rəbbinin səni haqq olaraq evindən çıxarması kimi-