Fəcr Surəsi 5. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?
Bünyadov-Məmmədəliyev:
Məgər bunlarda (qiyamətin haqq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
Elmir Quliyev :
Неужели этих клятв не достаточно для того, кто обладает разумом?
Ələddin Sultanov:
Məgər ağıl sahiblərinə görə bunlara and içilməzmi?!
Kerbelayi Malik ağa:
Bunlarda ağıl sahibləri üçün bir and yoxmu?
Ələsgər Musayev:
Bunda and yoxdurmu düşünənlər üçün?
A.Mehdiyev və D.Cəfərli:
Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən sirlərindən agah olan kəs üçün and vardır.)
Kövsər Tağıyev:
Şübhəsiz, bunlar ağıl sahibi bir kimsə üçün and içilməyə dəyər şeylərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunda ağıl sahibi üçün bir and vardır.
Sabirə Dünyamalıyeva:
Bunlarda, ağıl sahibləri üçün qüvvətli, qane edici, inandırıcı bir izah vardır.