Yunus Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Müşriklərə) de: “Söyləyin görüm, əgər Onun əzabı sizə gecə yaxud gündüz gələcəksə, onda günahkarlar bunlardan hansını tələsik istəyəcəklər?
Bünyadov-Məmmədəliyev:
De: “Bir deyin görək. Əgər (Allahın) əzabı sizə gecə, yaxud gündüz gəlsə (nə edərsiniz)! Günahkarlar buna (əzabın gəlməsinə) niyə tələsirlər?
Elmir Quliyev :
Скажи: "Как вы думаете, какую часть мучений от Аллаха будут торопить грешники, если они постигнут вас ночью или днем".
Ələddin Sultanov:
De: “Deyin görək, əgər Onun əzabı sizə gecə, yaxud gündüz gələrsə, edərsiniz? Nəyə görə günahkarlar əzabın tez gəlməsini istəyirlər?!
Kerbelayi Malik ağa:
De ki: ‘Onun əzabı əgər gecə ya gündüz sizə gəlsə (nə olar) düşündünüzmü? Günahkarların Ondan tez gəlməsini istədiyi nədir?’
Ələsgər Musayev:
De: «Ə, gördünüz, əgər ətadır əzabı Onun yatarkən, ya günorta… üçün təcili istəyirlər ondan cərimə olunmuşlar?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər Onun əzabı sizə gecə, ya gündüz gəlib çatsa (peşman olacaqsınız. Belə isə), mənə xəbər verin ki, günahkarlar onun nəyinə tələsirlər? (Məgər əzabın nazil olmasına tələsmək ağıla uyğundur?)
Kövsər Tağıyev:
De ki: “Onun əzabı sizə gecə ya gündüz vaxtı (qəflətən) gəldikdə (nə edəcəyinizi) heç düşündünüzmü? Günahkarlar bunun tez gəlməsini necə istəyərlər?!” (Bunların heç biri arzuolunan deyil.)
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Bir özünüz baxın! Əgər Onun əzabı sizə gecə ya gündüz vaxtı gələcəksə, onda o günahkarlar buna [əzaba] niyə tələsirlər?
Sabirə Dünyamalıyeva:
De ki: "Heç düşündünüzmü? Onun əzabı sizə gecə yuxuda ya gündüz gələcək olsa!" Günahkarlar bunun nəyini tələsik istəyirlər?