Əlixan Musayev:
Biz onlara öz mərhəmətimizdən əta etdik və (gələcək nəsillər həmişə yada salsın deyə) onlara yaxşı ad qismət elədik.
Bünyadov-Məmmədəliyev:
(Onların üçünü də) öz mərhəmətimizdən (ruzimizdən) ehsan buyurub təriflərini dillər əzbəri etdik. (Bütün din sahiblərinin, möminlərin yanında onların ehtiramını və mərtəbəsini ucaltdıq).
Elmir Quliyev
:
Мы одарили их из Нашей милости и оставили о них правдивую молву.
Ələddin Sultanov:
Onlara Öz rəhmətimizdən bəxş etdik və dürüstlüklərini dillərə dastan etdik.
Kerbelayi Malik ağa:
Onlara rəhmətimizdən bəxş etdik (qarşılıqsız verdik). Onları (bütün) dillərdə (hər kəsin dilində) sadiq və ali etdik.
Ələsgər Musayev:
Bəxş etdik onlar üçün
Öz rəhmətimizdən və etdik onlar üçün uca olan doğru danışıq.
A.Mehdiyev və D.Cəfərli:
Onların hamısına Öz rəhmətimizdən (səma kitabı, övlad və var-dövlət kimi digər nemətlərdən də) əta etdik və (bütün şəriətlərin davamçıları arasında) onlar üçün həqiqi və uca yaxşı ad qoyduq.
Kövsər Tağıyev:
Onlara öz rəhmətimizdən bağışladıq. Onlar üçün uca bir doğruluq dili var etdik (gözəl bir sözlə yad edilmələrini təmin etdik).
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara mərhəmətimizdən bəxş etdik və onları haqq deyən dillər dastanı etdik
Sabirə Dünyamalıyeva:
Və Biz onlara öz mərhəmətimizdən ehsanlar etdik. Və onlar üçün ali bir düzlük, doğruluq dili hazırladıq.