Əlixan Musayev:
(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!”
Bünyadov-Məmmədəliyev:
(Musa) belə cavab verdi: “Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”
Elmir Quliyev
:
Муса (Моисей) ответил: "Господь наш — Тот, Кто придал облик всякой вещи, а затем указал всему путь".
Ələddin Sultanov:
Musa dedi: “Bizim Rəbbimiz hər şeyə öz xüsusiyyətini verən, sonra da doğru yolu göstərəndir”.
Kerbelayi Malik ağa:
(Hz. Musa): ‘Bizim Rəbbimiz hər şeyə yaradılışını bəxş edən sonra da hidayətə ərdirəndir.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Rəbbimiz o kəsdir ki, əta edib külli
şeylərə öz xilqətini, sonra hidayət edibdir!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir. (Hər bir meyvə və toxumun yaradılacağı maddəyə tədricən həmin növün şəklini verib və sonra onları yaradılışlarında öz əlamət və xüsusiyyətlərinə tərəf yönəldib. Həmçinin hər bir heyvanın nütfəsinə tədricən onun növünün şəklini verib və sonra onu qüvvələrinin tələbinə müvafiq olaraq yaradılışla hədəfinə doğru yönəldib. Ağıl sahiblərinə ümumilikdə pis və yaxşını dərk etmək qüvvəsi verib və sonra onları şəriət yolu ilə dinin maariflərinə tərəf istiqamətləndirib.)
Kövsər Tağıyev:
Musa: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra onlara yol göstərəndir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Rəbbimiz hər şeyə öz şəklini verən, sonra isə ona düz yol göstərəndir".
Sabirə Dünyamalıyeva:
Musa: "Bizim Rəbbimiz hər şeyə varlığını və xüsusiyyətlərini verən, sonra yol göstərəndir" dedi.