Əlixan Musayev:
Bu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz?
Bünyadov-Məmmədəliyev:
Bu (Quran) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?
Elmir Quliyev
:
Это — благословенное Напоминание, которое Мы ниспослали. Неужели вы станете отвергать его?
Ələddin Sultanov:
Bu (Quran) da nazil etdiyimiz mübarək bir öyüddür. İndi siz onu inkarmı edirsiniz?
Kerbelayi Malik ağa:
Bu, Bizim endirdiyimiz Mübarək Bir Zikrdir. Siz hələ Onu inkar edənlərsinizmi?
Ələsgər Musayev:
Bu zikrdir mübarək, nazil etdik onu. Ə, siz
onu inkarmı edəcəksiniz?
A.Mehdiyev və D.Cəfərli:
Nazil etdiyimiz bu (Qur’an bəşər cəmiyyəti üçün dünya və axirət baxımından) çox bərəkətli bir öyüd-nəsihətdir. Belə olan halda siz onu inkar edirsiniz?!
Kövsər Tağıyev:
Bu (Qur`an) da bizim endirdiyimiz mübarək bir öyüddür. İndi siz bunu inkar edirsiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
Bu [Quran], Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Siz onu inkarmı edirsiniz?
Sabirə Dünyamalıyeva:
Bax bu Quran da Bizim nazil etdiyimiz mübarək bir öyüddür. İndi siz bunu tanıtmayan, tanınmasına mane olan kəslərsinizmi?