Rum Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər şeyə qadirdir!
Elmir Quliyev :
Посмотри на следы милости Аллаха, на то, как Он оживляет землю после ее смерти. Воистину, Он способен оживить мертвых и способен на всё.
Ələddin Sultanov:
Elə isə Allahın mərhəmətinin izlərinə bax ki, öldükdən sonra yeri necə dirildir. Şübhəsiz ki, O, ölüləri dirildəcəkdir. O, hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Elə isə Allahın rəhmətinin əsərlərinə bax. Ölümündən sonra yer üzünü necə dirildir? Şübhəsiz ki, ölüləri əlbəttə belə dirildəndir O, hər şeyə qadirdir.
Ələsgər Musayev:
nəzər sal Allahın rəhmət əsərinə ki, necə həyat verir ərzə ölümündən sonra. Həqiqətən, O həyat verəndir ölülərə O üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, (Ya Muhəmməd!) Allahın rəhmətinin əsər-əlamətinə (yağışa) bir bax ki, necə yeri (və onun yetişdirici maddələrini) öldükdən sonra (baharda) dirildir. Həqiqətən, O ölüləri (axirət günü) dirildən Allahdır O hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Sən Allahın rəhmətinin əsərlərinə bax ki, yer üzünü ölümündən sonra necə dirildir. Şübhə yoxdur ki, O, ölüləri mütləq dirildəcəkdir. O, hər şeyə haqqı ilə qadirdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən bir Allahın mərhəmətinin izlərinə bax; gör O yeri ölümündən sonra necə canlandırır! Həqiqətən O, (həmçinin) ölülərə həyat verəcəkdir. Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Elə isə, Allahın mərhəmətinin əsərlərinə bax; gör yer üzünü ölümündən sonra necə dirildir? Şübhə yoxdur ki, O, həqiqətən ölüləri dirildir O, hər şeyə qadirdir.