Əlixan Musayev:
(Mələklər) deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə (gətirmişdilər)!”– deyəcəklər. (Mələklər) (də:) “Elə isə özünüz yalvarın!”– deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir.
Bünyadov-Məmmədəliyev:
(Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələr gətirməmişdilər?” Onlar: “Bəli (gətirmişdilər)!” – deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara: ) “Elə isə özünüz dua edin!” – deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz).
Elmir Quliyev
:
Они скажут: "Разве ваши посланники не приходили к вам с ясными знамениями?" Они ответят: "Конечно". Они скажут: "Тогда молите сами". Но мольбы неверующих безуспешны.
Ələddin Sultanov:
Gözətçilər: “Peyğəmbərləriniz sizə açıq-aşkar möcüzələr gətirməmişdilərmi?” - deyə soruşacaq, onlar da: “Bəli!” - deyə cavab verəcəklər. Gözətçilər: “Elə isə özünüz dua edin!” - deyəcəklər. Kafirlərin duası isə mütləq boşa çıxar.
Kerbelayi Malik ağa:
(Cəhənnəm gözətçiləri) dedilər ki: ‘Rəsullarınız sizə bəyyinələr ilə gəlmədilərmi?’’Bəli.’ dedilər. (Gözətçilər): ‘Elə isə siz dua edin (siz yalvarın) dedilər.’ Kafirlərin duası yalnız dəlalətdir (dəlalətin içindədir).
Ələsgər Musayev:
Dedilər: «Ə, gəlmədilərmi sizə rəsullarınız bəyanatlarla?»
Dedilər: «Bəli!» Dedilər: «Çağırın!» Və çağırışı kafirlərin
ancaq zəlalətdir!
A.Mehdiyev və D.Cəfərli:
(Gözətçilər) deyərlər: «Məgər peyğəmbərləriniz (dünyada) sizə aydın dəlillər gətirmirdilər?» Onlar deyərlər: «Bəli!» (Gözətçilər) deyərlər: «Belə isə (Allahı özünüz) çağırın və (bilin ki,) kafirlərin çağırışları yalnız azğınlıqda olacaqdır.»
Kövsər Tağıyev:
(Cəhənnəm gözətçiləri) deyərlər ki: “Sizə peyğəmbərləriniz açıq-aşkar möcüzələr gətirmədimi?” Onlar: “Bəli gətirdi”, – deyərlər. (Gözətçilər:) “Elə isə özünüz yalvarın”, – deyərlər. Şübhəsiz, kafirlərin duası hədər olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər: "Məgər sizin peyğəmbərlər sizə aydın dəlillər gətirməlişdilər?" Onlar: "Bəli, (gətirmişdilər)" - deyərlər. Gözətçilər: "Onda özünüz (Onu) çağırın!" Şübhəsiz ki, kafirlərin çağırışı boşa çıxmağa məhkumdur!
Sabirə Dünyamalıyeva:
Gözətçilər: "Sizə elçiləriniz açıq-aşkar dəlilləri gətirmədilərmi?" deyə soruşarlar. Onlar: "Bəli, gətirmişdilər" deyərlər. Cəhənnəm gözətçiləri onlara: "Elə isə, özünüz dua edin" deyirlər. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] duası yalnız çaşqınlıqdır/boşa gedər.