Zuxruf Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər.
Bünyadov-Məmmədəliyev:
Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.
Elmir Quliyev :
Когда же Мы спасли их от мучений, они тотчас нарушили данное слово.
Ələddin Sultanov:
Lakin Biz əzabı onlardan götürdüyümüz zaman onlar verdikləri sözdən döndülər.
Kerbelayi Malik ağa:
Lakin onlardan əzabı qaldırınca, o zaman onlar (verdikləri sözləri) pozurlar.
Ələsgər Musayev:
Amma elə ki, şəfa etdik onlardan əzabı, onda onlar üz döndərərək küsdülər.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə elə ki, əzabı onlardan qaldırdıq, dərhal əhd-peymanı pozdular.
Kövsər Tağıyev:
Lakin biz onlardan əzabı qaldırdıqda, bir görərsən, sözlərindən dönürlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz əzabı onların üzərindən götürən kimi onlar dərhal əhdi pozdular.
Sabirə Dünyamalıyeva:
Fəqət zaman ki, əzabı onların üstündən götürdük, o zaman onlar sözlərindən döndülər.