Zariyat Surəsi 50. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(De:) “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Bu insanlara de: ) “Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
Elmir Quliyev :
Скажи: "Бегите же к Аллаху. Воистину, я являюсь для вас предостерегающим и разъясняющим увещевателем от Него.
Ələddin Sultanov:
(De:) “Allaha tərəf qaçın (yönəlin)! Həqiqətən, mən Onun tərəfindən sizə göndərilmiş açıq-aşkar xəbərdarlıq edən bir peyğəmbərəm.
Kerbelayi Malik ağa:
Elə isə Allaha firar edin (qaçın sığının). Şübhəsiz ki, mən sizin üçün Allah tərəfindən açıq-aşkar bir nəzirəm.
Ələsgər Musayev:
«Qaçın tərəfinə Allahın! Mən sizin üçün Onun tərəfindən aşkar nəzərə çatdıranam.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər! Onlara de: Tovhid İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən mən sizin üçün Onun tərəfindən aşkar aydınlıq gətirən bir qorxudanam.
Kövsər Tağıyev:
O halda Allaha tərəf qaçın. Şübhəsiz, mən sizə Onun qatından göndərilmiş açıq-aşkar bir xəbərdar edənəm.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allaha tərəf qaçın! Mən Allah tərəfindən sizə göndərilmiş aşkar bir öyüd-nəsihətçiyəm.
Sabirə Dünyamalıyeva:
Elə isə, Allaha tərəf qaçın, Allaha tərəf qaçın !!! Şübhəsiz ki, mən sizin üçün Onun tərəfindən açıq-aşkar xəbərdarlıq edən biriyəm.