Əlixan Musayev:
Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən (başqalarını) yoldan çıxaranları Özümə köməkçi tutmuram.
Bünyadov-Məmmədəliyev:
Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) çıxardanları Özümə köməkçi də tutmadım!
Elmir Quliyev
:
Я не сделал их свидетелями сотворения небес и земли и сотворения их самих. Я не беру в помощники тех, кто вводит других в заблуждение.
Ələddin Sultanov:
Onları (İblisi və nəslini) nə göylərin və yerin yaradılışına, nə də öz yaradılışlarına şahid tutdum. Zəlalətə aparanları Özümə köməkçi tutan deyiləm.
Kerbelayi Malik ağa:
Mən onları (iblis və nəslini) səmaların və yerin yaradılışına və onların (özlərinin də) yaradılışına şahid tutmadım. Mən dəlalətə düşürənləri yardımçı tutmaram.
Ələsgər Musayev:
Mən onları şahid tutmadım səmaları və ərzi
xəlq edəndə və nə də onların özlərini xəlq edəndə. Mən heç
vaxt zəlalətə düşənləri Özümə köməkçi tutan deyiləm!
A.Mehdiyev və D.Cəfərli:
Mən onları (Şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan) azdıranlardan kömək götürən olmamışam.
Kövsər Tağıyev:
Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid tutdum. Azdıranları heç bir zaman köməkçi tutan da deyiləm.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən onlan nə göylərin və yerin, nə də özlərinin xəlq olunmasının şahidi etməmişəm. Mən yolu azanları köməkçi də tutmamışam.
Sabirə Dünyamalıyeva:
Mən onları, göylərin və yer üzünün yaradılışına və özlərinin yaradılışına şahid etmədim və Mən heç bir zaman yoldan azdıranları köməkçi də tutmadım.