Əlixan Musayev:
Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən o, (öz ibadətində) çox səmimi idi. O (Bizim tərəfimizdən İsrail oğullarına göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
Elmir Quliyev
:
Помяни в Писании Мусу (Моисея). Воистину, он был избранником (или искренним) и был посланником и пророком.
Ələddin Sultanov:
Kitabda Musanı da an! Həqiqətən, o, ixlas sahibi idi. O, həm rəsul, həm də nəbi idi. (Kitab verilən və yeni bir din təbliğ edən peyğəmbərlərə “Rəsul”, daha əvvəlki peyğəmbərlərin şəriətini davam etdirən peyğəmbərlərə isə “Nəbi” deyilir. Həzrət Musaya Tövrat verildiyi üçün o, bu ayədə həm nəbi, həm də rəsul olaraq qeyd olunmuşdur.)
Kerbelayi Malik ağa:
Kitabda Musanı (ə.s) də zikr et. Şübhəsiz ki, O, ixlas sahibi və Nəbi Rəsul idi.
Ələsgər Musayev:
Yad et kitabda Musanı. Həqiqətən, o, oldu məxlus və oldu
rəsul, nəbi.
A.Mehdiyev və D.Cəfərli:
Və bu kitabda Musanı (da) xatırla ki, o, (xüsusi ilahi tərbiyə vasitəsi ilə) saflaşmış, Allahın seçilmişi, (Haqqın) elçi(si) və (xalq üçün) xəbər gətirən idi.
Kövsər Tağıyev:
Kitabda Musanı da yad et. Həqiqətən, o, seçilən bir insan idi. Bir rəsul, bir nəbi idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitabda Musanı da yada sal. Həqiqətən, o, səmimi bir adam idi, bir elçi, peyğəmbər idi.
Sabirə Dünyamalıyeva:
Və Kitabda Musanı da yad et/xatırlat. Şübhəsiz ki, o safalaşdırılaraq təmizlənmişdi. Və bir elçi, bir peyğəmbər idi.