Əlixan Musayev:
O zaman Biz Musaya (vəhy üçün) qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.
Bünyadov-Məmmədəliyev:
(Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik vədə vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətinizlə Allahdan başqasına ibadət etməklə) zalım oldunuz (özünüzə zülm etdiniz).
Elmir Quliyev
:
Вот Мы определили Мусе (Моисею) сорок дней, а после его ухода вы стали поклоняться тельцу, будучи беззаконниками.
Ələddin Sultanov:
Xatırlayın ki, Musa ilə (Tur dağında vəhy üçün) qırx gecəliyinə sövdələşmişdik. O getdikdən sonra siz haqsızlıq edərək buzovu ilah qəbul etdiniz.
Kerbelayi Malik ağa:
Musaya (Tur dağında) qırx gecə (bərabərlik) vəd etmişdik. Sonra siz dərhal onun ardından (Samirinin qızıldan düzəltdiyi) buzovu (tanrı) qəbul etdiniz. Siz zalımlarsınız.
Ələsgər Musayev:
Və onda vəd verdik Musaya qırx gecə. Sonra götürdünüz
buzovu ondan sonra və siz zalimlərsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.
Kövsər Tağıyev:
Bir vaxt biz Musa ilə qırx gecəlik vədələşmişdik. Siz isə o getdikdən sonra (özünüzə) zülm edərək bir buzovu tanrı qəbul etmişdiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz Musaya qırx gecəlik vədə verdik. O (gedəndən) sonra isə siz buzovu (səcdəgah) götürdünüz və (öz-özünüzə) zülm etdiniz.
Sabirə Dünyamalıyeva:
Və bir zaman Biz Musaya qırx gecəni vəd etmişdik, sonra da siz, öz nəfsinizə haqsızlıq edərək, onun ardınca qızılı özünüzə məbud etmişdiniz.