Əlixan Musayev:
Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq.
Bünyadov-Məmmədəliyev:
Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik (peyğəmbərlik ehsan buyurmuşduq). Biz onu (onun buna layiq olduğunu) bilirdik.
Elmir Quliyev
:
Еще раньше Мы даровали Ибрахиму (Аврааму) верное руководство, и Мы были осведомлены о нем.
Ələddin Sultanov:
Şübhəsiz ki, daha əvvəl İbrahimə də doğru yolu bəxş etmişdik. Biz onu yaxşı tanıyırdıq.
Kerbelayi Malik ağa:
And olsunki, daha əvvəl İbrahimə (ə.s) rüşdünü (irşad səlahiyyətini) verdik. Biz onu (irşada əhil olduğunu) bilənlərdik.
Ələsgər Musayev:
Əlbəttə, əta etdik Ibrahimə onun
rəşd yolunu qabaqcadan və olduq Biz onu bilənlər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və ilahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik.
Kövsər Tağıyev:
And olsun, daha əvvəl də İbrahimə doğrunu yanlışdan ayırmaq qabiliyyəti vermişdik. Biz onu zatən tanıyırdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz əvvəl də İbrahimə öz düz yolunu bəxş etmişdik. Biz onu tanıyırdıq.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz daha öncə İbrahimə yetkinlik nəsib etmişdik. Və Biz onu bilənlər idik.