Əlixan Musayev:
Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər.
Bünyadov-Məmmədəliyev:
Ayələrimizdən (Quranı batil etməkdən) ötrü səy göstərib (Peyğəmbəri) aciz etmək istəyənlərə (yaxud Peyğəmbəri məğlub etməklə xalqı imandan döndərməyə cəhd edənlərə) gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər!
Elmir Quliyev
:
Те же, которые старались ослабить Наши знамения, станут обитателями Огня.
Ələddin Sultanov:
Ayələrimizi təsirsiz hala salmaq üçün səy göstərənlərə gəldikdə, onlar cəhənnəm əhlidirlər.
Kerbelayi Malik ağa:
Ayələrimiz haqqında onları aciz buraxmaq üçün cəhd göstərənlər məhz onlar cəhənnəm əhlidir.
Ələsgər Musayev:
O kəslər ki, səy edirlər Bizim ayətlərimizi aciz edələr
– həmin onlar cəhənnəm əshabıdırlar.
A.Mehdiyev və D.Cəfərli:
Bizi aciz qoymaq məqsədi ilə ayə və nişanələrimiz(lə mübarizə aparmaq istiqamətin)də çalışanlar od əhlidirlər.
Kövsər Tağıyev:
Ayələrimizi aciz (təsirsiz) qoymaq üçün səy göstərənlər ki var, onlar cəhənnəmlikdirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimizi (uydurma hesab etməyə) cəhd edərək (dini) zəif salacaqlarını güman edənlər isə cəhənnəmlikdirlər.
Sabirə Dünyamalıyeva:
Aciz qoymaqda [bir-biri ilə] yarışaraq ayələrimiz barədə [ayələrimiz əleyhində] səy göstərən kəslər [ki var]; bax onlar, cəhənnəm əhlidir.