Əlixan Musayev:
Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.
Bünyadov-Məmmədəliyev:
Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!”
Elmir Quliyev
:
Мы жаждем, чтобы наш Господь простил нам наши грехи за то, что мы стали первыми верующими".
Ələddin Sultanov:
Biz ümid edirik ki, ilk iman gətirənlər olduğumuza görə Rəbbimiz xətalarımızı bağışlayacaq”.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, biz möminlərin ilki olduq deyə Rəbbimizin səhvlərimizi məğfirət etməsini ümid edirik.
Ələsgər Musayev:
Həqiqətən, biz təmənna edirik ki, Rəbbimiz bağışlasın bizim üçün xətalarımızı, ona görə ki, biz inananların əvvəlincisiyik».
A.Mehdiyev və D.Cəfərli:
«Həqiqətən, biz umuruq ki, Rəbbimiz – ilk iman gətirənlər olduğumuza görə günahlarımızı bağışlasın».
Kövsər Tağıyev:
“(Burada) ilk inananlar bizlər olduğumuz üçün şübhəsiz, Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz çox umuruq ki, ilk iman gətirənlər olduğumuz üçün Rəbbimiz günahlarımızı bizə bağışlasın."
Sabirə Dünyamalıyeva:
Biz Möminlərin ilkləri olduğumuza görə, Rəbbimizin bizə bizim xətalarımızı bağışlayacağını umuruq” – dedilər.