Əlixan Musayev:
Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik.
Elmir Quliyev
:
Посмотри же, каким был конец их хитрости! Мы уничтожили их вместе со всем их народом.
Ələddin Sultanov:
Gör onların hiylələrinin axırı necə oldu! Biz onları və onların qövmünü bütövlüklə məhv etdik.
Kerbelayi Malik ağa:
Bundan sonra onların hiylələrinin sonunun necə olduğuna bax. Onları və onların qövmünün hamısını necə yox etdik.
Ələsgər Musayev:
Nəzər sal necə oldu məkrlərinin aqibəti! Biz həlak etdik onları və onların qoumunu cəmiyyən.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə bir gör ki, onların məkrlərinin aqibəti necə oldu. Biz onları və (onlarla eyni əqidədə olan) qövmlərini, hamılıqla yox etdik.
Kövsər Tağıyev:
Bir gör onların hiylələrinin axırı necə oldu: Biz onları və qövmlərini hamılıqla həlak etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Bax gör onların kələyinin aqibəti necə oldu. Biz onlan və onların adamlarının hamısını məhv etdik.
Sabirə Dünyamalıyeva:
Budur bax! Onların hiylələrinin aqibəti necə oldu, şübhəsiz Biz onları və qövmlərini, hamısını birlikdə yerlə yeksan etdik.