Rum Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Biz bir külək göndərsək onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz (onların əkinlərinin üstünə) bir yel əsdirsək (o yel nəticəsində əkinlərin) saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankor olmağa başlayarlar.
Elmir Quliyev :
Если Мы пошлем ветер, и они увидят, как она (нива) пожелтела, то после этого они будут неблагодарны.
Ələddin Sultanov:
Əgər Biz bir külək göndərsək onlar onun (əkinlərin) saralmış olduğunu görsələr, bundan sonra mütləq nankorluq edərlər.
Kerbelayi Malik ağa:
Əgər Biz küləyi göndərsək, beləcə onu (əkinləri) saralmış görsələr belə, bundan sonra mütləq inkara davam edərlər.
Ələsgər Musayev:
Əgər Biz göndərsəydik külək onu saralmış görsəydilər, onlar bundan sonra yenə kafir olaraq qalardılar.
A.Mehdiyev və D.Cəfərli:
əgər (yandırıcı ziyanverici) bir külək göndərsək onun nəticəsində öz əkinlərini saralmış (solmuş) görsələr, mütləq ondan sonra (da ayılmaq əvəzinə) küfr edərlər.
Kövsər Tağıyev:
And olsun, əgər biz (onların əkinlərinə zərərli) bir külək göndərsək o əkinin saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz külək göndərsək onlar onu [bitkini] saralmış görsələr, bundan sonra da onlar (Allahın nemətini) inkar edərlər.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Biz bir külək göndərsək, Allahın rəhmətinin əsəri olan bitkilərin saraldığını görsələr, mütləq onun arxasından küfr işləməyə, Bizim məbud rəbb olduğumuzu bilə-bilə inkar etməyə başlayarlar.