Əlixan Musayev:
Onlar işlətdikləri pis əməllərin cəzasına çatdılar. Bunlardan zalım olanlara da qazandıqları günahların cəzası yetişəcək və onlar qaçıb (canlarını) qurtara bilməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların (Məkkə müşriklərinin) zülm edənləri də qazandıqları günahların cəzasına düçar olacaqlar. Onlar (Allahı) aciz buraxan deyillər (qaçıb canlarını əzabımızdan qurtara bilməzlər).
Elmir Quliyev
:
Их поразили злые деяния, которые они приобрели. Тех, которые поступали несправедливо, из этих также поразят злые деяния, которые они приобрели, и им не удастся спастись.
Ələddin Sultanov:
Buna görə də onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların zülm edənləri də etdikləri pis əməllərin cəzasına düçar olacaqlar. Onlar Allahı aciz qoya bilməzlər.
Kerbelayi Malik ağa:
Beləcə qazandıqları günahlar onlara yetişdi. Bunlardan zülm etmiş olanlara qazandıqları günahlar tezliklə isabət edəcək. Onlar aciz buraxa biləcək (əzabın qarşısını ala biləcək) gücə sahib deyildirlər.
Ələsgər Musayev:
Isbat
etdi onlara pislikləri nə ki, kəsb etmişdilər. Və bunlardan o
kəslər ki, zalimdirlər, isbat edəcək onlara pisliyi nə ki, kəsb
ediblər və onlar aciz edə bilməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə əldə etdiklərinin pis cəzası onlara yetişdi. Bunların (Məkkə kafirlərinin) zülm edənlərinin də əldə etdiklərinin pis cəzası tezliklə onlara çatacaqdır və onlar əsla Bizi (intiqam almaqda) aciz qoya bilməzlər.
Kövsər Tağıyev:
Nəhayət, qazandıqları şeylərin pislikləri onları yaxalamışdı. Onlardan zülm edənlər ki var, qazandıqları şeylərin pislikləri onları yaxalayacaqdır. Onlar Allahı aciz buraxan deyillər.
M.Qənioğlu və T.Bilaloğlu:
və nəticədə qazandıqları şeylər üçün (işlətdikləri) bəd əməllərin (cəzası) onlara üz verdi. Bunlardan haqsızlıq edənlərə də qazandıqları şeylər üçün (işlətdikləri) bəd əməllərin (cəzası) üz verəcək və onlar (bununla bağlı Allahı) aciz sala bilməzlər.
Sabirə Dünyamalıyeva:
Axırda, qazandıqları şeylərin pislikləri [pis nəticələri] özlərinə yetişdi. Bunlardan şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyən kəslər [ki var], onların da qazandıqları şeylərin pislikləri özlərinə çatacaq. Və onlar aciz qoya bilənlər deyil.