Əlixan Musayev:
Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da (Allahın )izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, Ucadır, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
(Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!
Elmir Quliyev
:
Человек не достоин того, чтобы Аллах разговаривал с ним иначе, как посредством откровения или через завесу. Или же Он отправляет посланца, который с Его позволения внушает посредством откровения то, что Он желает. Воистину, Он — Возвышенный, Мудрый.
Ələddin Sultanov:
Allah insanla (peyğəmbərlə) yalnız vəhy vasitəsilə, yaxud pərdə arxasından danışar, ya da bir elçi (mələk) göndərər. O da Allahın izni ilə Onun istədiklərini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Allahın heç bir insanla danışması olmamışdır, lakin vəhy ilə və ya pərdə arxasından və ya dilədiyinə izniylə vəhy etsin deyə rəsul göndərərək. Allah ucadır, hikmət sahibidir.
Ələsgər Musayev:
Olmadı bəşər üçün ki, kəlmə kəsə onunla Allah, ancaq
vəhy edərək, ya hicab dalından, ya göndərir rəsul və vəhy edir
izni ilə Onun nə istəsə. Həqiqətən, O Alidir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir.
Kövsər Tağıyev:
Allah bir insanla sadəcə vəhy yolu ilə, yaxud pərdə arxasından danışar. Yaxud bir elçi göndərib izni ilə ona istədiyini vəhy edər. Şübhəsiz, O, ucadır, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah insanla yalnız vəhy ilə və ya pərdə arxasından danışar, yaxud da Öz izni ilə istədiyini vəhy etmək üçün bir elçi göndərər. Axı O, ucadır, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Və bir bəşər üçün, bir vəhy ilə və ya pərdə arxasından, yaxud bir elçi göndərərək izni ilə/biliyi ilə dilədiyini vəhy etməsi istisna olmaqla, Allahın ona söz söyləməsi olmaz. Şübhəsiz ki, O, çox uca və ucaldıcıdır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/ sağlamlaşdırandır.