Əlixan Musayev:
Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
Bünyadov-Məmmədəliyev:
Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
Elmir Quliyev
:
Не поклоняйтесь наряду с Аллахом другому божеству. Воистину, я являюсь для вас предостерегающим и разъясняющим увещевателем от Него".
Ələddin Sultanov:
Allahla yanaşı başqa bir ilah qəbul etməyin! Həqiqətən, mən Onun tərəfindən sizə göndərilmiş açıq-aşkar xəbərdarlıq edən bir peyğəmbərəm”.
Kerbelayi Malik ağa:
Allah ilə birgə başqa ilahlar qəbul etməyin. Şübhəsiz ki, mən sizin üçün Allah tərəfindən açıq-aşkar bir nəzirəm.
Ələsgər Musayev:
Özünüz üçün Allahla yanaşı axır Ilahi
etməyin: mən sizin üçün Onun tərəfindən aşkar nəzərə
çatdıranam!»
A.Mehdiyev və D.Cəfərli:
Allahla yanaşı başqa bir məbud götürməyin. Həqiqətən mən Onun tərəfindən sizin üçün aşkar və aydınlıq gətirən bir qorxudanam.
Kövsər Tağıyev:
Allah ilə yanaşı başqa bir ilah tutmayın. Həqiqətən, mən sizə Allah tərəfindən göndərilmiş açıq-aşkar bir xəbərdar edənəm.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahla bərabər başqa bir tanrı tutmayın. Həqiqətən də mən Onun tərəfindən sizə göndərilmiş aşkar bir öyüd-nəsihətçiyəm."
Sabirə Dünyamalıyeva:
Və Allah ilə yanaşı başqa bir tanrı qəbul etməyin. Şübhəsiz ki, mən sizin üçün Onun tərəfindən açıq-aşkar xəbərdarlıq edən biriyəm.[#281]