Əlixan Musayev:
Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər.
Elmir Quliyev
:
Воистину, неверующие готовы заставить тебя поскользнуться своими взглядами, когда они слышат Напоминание, и говорят: "Воистину, он — одержимый!"
Ələddin Sultanov:
Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar (gözə gətirələr). Onlar: “O divanədir!” - deyirlər.
Kerbelayi Malik ağa:
İnkar edənlər zikri (Quranı) eşitdikləri zaman həqiqətən səni az qala gözləri ilə devirirlər. ‘Şübhəsiz ki, O, həqiqətən məcnundur (dəlidir).’ deyirlər.
Ələsgər Musayev:
O kəslər ki,
kafirdirlər, amma elə ki, yad etməni eşitdilər, az qalır ki,
baxışları ilə sənə sədəmə vursunlar və deyirlər: «Həqiqətən, o,
məcnundur!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, kafir olanlar bu zikri (Qur’anı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Qur’anı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»
Kövsər Tağıyev:
Şübhəsiz, inkar edənlər Zikri (Qur`anı) eşitdikləri zaman az qalır ki, gözləri ilə səni yıxsınlar. (Sənin haqqında:) “Heç şübhə yoxdur ki, o, bir dəlidir”, – deyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən də kafirlər Zikri [Quranı] eşidəndə baxışları ilə az qala səni yeyib deyirlər “Həqiqətən də o dəli-divanədir!"
Sabirə Dünyamalıyeva:
Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] o öyüdü/Quranı eşitdikləri zaman az qalsın səni baxışlarıyla yıxmaq istəyəcək; az qalsın səni gözləriylə yeyəcək və "Şübhə yoxdur ki o bir divanədir/gizli gücləri olan biridir" deyəcəklər.