Əraf Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslərə ki, dinlərini əyləncə oyun etmişdilər dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları ayələrimizi inkar etdikləri kimi, Biz onları bu gün unudarıq.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş (fani) dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi, Biz onları bu gün unudarıq!
Elmir Quliyev :
которые обратили свою религию в потеху и игру и обольстились мирской жизнью". Сегодня Мы предадим их забвению, подобно тому, как они предали забвению встречу в этот день и отвергли Наши знамения.
Ələddin Sultanov:
Dinlərini oyun-əyləncəyə çevirən dünya həyatının aldatdığı kəslər bu günləri (axirət günü) ilə qarşılaşacaqlarını unutduqları ayələrimizi inkar etdikləri kimi, Biz bu gün onları unudarıq.
Kerbelayi Malik ağa:
Onlar dinlərini oyun əyləncə edən dünya həyatının aldatdığı kəslərdir. Beləcə onlar bu günə çatacaqlarını necə unutdularsa necə ayələrimizi bilə-bilə inkar etdilərsə, bu gün Biz onları unudarıq.
Ələsgər Musayev:
o kəslər ki, dinlərini oyun əyləncəyə tutdular dünya həyatı onları məğrur etdi. Bu gün Biz onları unudarıq, qədər, onlar bu günün görüşünü unutdular oldular ayətlərimizlə Bizi inkar edənlər!
A.Mehdiyev və D.Cəfərli:
O kəslərə ki, dinlərini bihudə oyun-oyuncaq saydılar dünya həyatı onları aldatdı. Beləliklə, onlar bu günki görüşlərini yaddan çıxardıqları ayələrimizi inkar etdikləri kimi, Biz bu gün onları yaddan çıxaracağıq.
Kövsər Tağıyev:
Onlar dinlərini oyun əyləncəyə çevirmişlər dünya həyatı onları aldatmışdı. Onlar bu günlərinə qovuşacaqlarını necə unutdularsa ayələrimizi necə inkar etdilərsə, biz onları bu gün elə unudarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərə ki, onlar öz dinlərini əyləncə oyun etmiş, bu dünya həyatı isə onları şirnikləndirmişdi. Bu günləri ilə görüşü unutduqları ayələrimizi inkar etdikləri kimi Biz bu gün onları unudarıq.
Sabirə Dünyamalıyeva:
-Bu günlə qarşılaşacaqlarına əhəmiyyət vermədikləri, ayələrimizi/nişanələrimizi/işarətlərimizi bilə-bilə inkar etdikləri kimi, Biz bu gün onlara əhəmiyyət verməyəcək/onları cəzalandıracağıq.