Tövbə Surəsi 51. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!”
Bünyadov-Məmmədəliyev:
De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə möminlər yalnız Allaha təvəkkül etsinlər!”
Elmir Quliyev :
Скажи: "Нас постигнет только то, что предписано нам Аллахом. Он наш Покровитель. И пусть верующие уповают на одного Аллаха".
Ələddin Sultanov:
De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə möminlər Allaha təvəkkül etsinlər!”
Kerbelayi Malik ağa:
De ki: ‘Allahın bizə yazdığından başqası əsla başımıza gəlməz. O, bizim Mövlamızdır.’ Artıq möminlər, Allaha təvəkkül etsinlər.
Ələsgər Musayev:
De: «Bizə isbat etməz, ancaq ki, Allah yazıbdır bizim üçün. O bizim Mövlamızdır inananlar Allaha təvəkkül etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından qərara aldığından (zəfər, məğlubiyyət sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı yardımçımızdır bütün möminlər Allaha təvəkkül etməlidirlər.»
Kövsər Tağıyev:
De ki: “Bizim başımıza ancaq Allahın bizim üçün yazdığı şeylər gələr. O, bizim yardımçımızdır. Elə isə möminlər yalnız Allaha güvənsinlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Bizə Allahın bizim üçün yazdığından başqa heç üz verməz. O, bizim himayəçimizdir". Qoy möminlər Allaha təvəkkül etsinlər!
Sabirə Dünyamalıyeva:
De ki: "Heç vaxt bizə, Allahın bizim üçün yazdığından başqa bir şey üz verməz. O, bizim mövlamızdır. Buna görə möminlər işin nəticəsini yalnız Allaha tapşırsınlar."