Hud Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin”.
Bünyadov-Məmmədəliyev:
Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət artırsın. (Mənim dəvətimdən imandan) günahkar olaraq üz çevirməyin!”
Elmir Quliyev :
О мой народ! Просите прощения у вашего Господа, а затем покайтесь перед Ним. Он ниспошлет вам с неба обильный дождь и приумножит вашу силу. Посему не отворачивайтесь, будучи грешниками".
Ələddin Sultanov:
Ey qövmüm, Rəbbinizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bol-bol yağış göndərsin gücünüzə güc qatsın. Günah işləyərək (haqdan) üz çevirməyin!”
Kerbelayi Malik ağa:
Ey qövmüm! Rəbbinizin məğfirətini istəyin. Sonra Ona tövbə edin. Üzərinizə səmadan bol yağış (bol rəhmət) göndərsin. Sizin qüvvətinizi qüvvət ilə artırsın. Günahkarlar olaraq üz çevirməyin.
Ələsgər Musayev:
Ay qoumum! Rəbbinizdən bağışlanmaq istəyin, sonra Ona tərəf qayıdın. O səmadan sizə bol yağış göndərər qüvvətinizin üstündən qüvvət artırar. Cərimə olunmuş olaraq üz döndərməyin!»
A.Mehdiyev və D.Cəfərli:
«Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud yağış göndərsin, sizin (cismani maddi) gücünüzə bir güc artırsın (Ondan) günahkar kimi üz çevirməyin».
Kövsər Tağıyev:
“Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin ki, üzərinizə bol-bol yağmur göndərsin gücünüzə güc qatsın. Günahkarlar olaraq üz çevirməyin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatım, Rəbbinizdən bağışlanmanızı istəyin, sonra Ona tövbə edin ki, sizə səmadan bolluca yağış göndərsin qüvvənizə daha bir qüvvə artırsın. Günah işlədib üz döndərməyin".
Sabirə Dünyamalıyeva:
Ey qövmüm! Rəbbinizdən əfv diləyin, sonra Ona tövbə edin ki, sizə göydən bol-bol göndərsin gücünüzə güc qataraq sizi artırsın. günahkarlar olaraq arxanızı çevirməyin."