Əlixan Musayev:
Bu (Quran), insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.
Bünyadov-Məmmədəliyev:
Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!
Elmir Quliyev
:
Это — послание к человечеству. Пусть их увещевают им, и пусть они знают, что Он — Единственный Бог, и пусть задумаются обладающие разумом.
Ələddin Sultanov:
Bu (Quran) insanların xəbərdar edilmələri, Allahın tək bir ilah olduğunu bilmələri və ağıl sahiblərinin düşünüb öyüd almaları üçün göndərilmiş bir təbliğdir.
Kerbelayi Malik ağa:
Bu (Qurani Kərim), Onunla xəbərdar edilmələri və Onun (Allahın) tək bir İlah olduğunun bilinməsi və Üluləlbabın təzəkkür etməsi üçün insanlara bir açıqlamadır.
Ələsgər Musayev:
Bu, insanlar üçün
təbliğdir. Qoy nəzərlərinə çatdırsınlar onların onunla və qoy
bilsinlər ki, həqiqətən, O Vahid Ilahidir və qoy ağıl sahibləri
yad etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
Bu, insanlar üçün yetərli bir moizə və kifayət edən bir təbliğdir (ki, doğru yolu tapıb hidayət olunsunlar) və onunla qorxudulsunlar və bilsinlər ki, O, tək olan məbuddur və həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.
Kövsər Tağıyev:
Bu Qur`an insanlar üçün bir təbliğdir. (Elə bir təbliğdir ki,) onunla həm xəbərdar olunsunlar, həm Allahın yalnız tək bir ilah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb öyüd götürsünlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, insanlar üçün bir bildirişdir. Qoy onlar bununla xəbərdar edilsinlər və Allahın vahid bir tanrı olduğunu bilsinlər. Qoy ağıl sahibləri bir düşünüb daşınsınlar.
Sabirə Dünyamalıyeva:
Sənə nazil edilən bu Kitab, bununla onlara xəbərdarlıq edilsin, Allahın bir olan məbud olduğunu bilsinlər və pak ağıl sahibləri; anlayış qabiliyyəti olanlar öyüd alsınlar deyə insanlara bir təbliğdir.