Hicr Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. (İbrahim): “Biz sizdən ehtiyat edirik!”– dedi.
Bünyadov-Məmmədəliyev:
O zaman ki, onlar onun hüzuruna daxil olub: “Salam!” dedilər. (İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını görüb: ) “Biz, həqiqətən, sizdən qorxuruq!” dedi.
Elmir Quliyev :
Они вошли к нему и сказали: "Мир!" Он сказал: "Воистину, мы опасаемся вас".
Ələddin Sultanov:
Bir zaman (mələklər) onun hüzuruna daxil olub: “Salam!” - dedilər. (İbrahim isə:) “Biz, həqiqətən, sizdən qorxuruq!” - dedi.
Kerbelayi Malik ağa:
Onun yanına daxil olduqları zaman: ‘Salam’ dedilər. (İbrahim ə.s) belə dedi: ‘Həqiqətən biz sizdən qorxuruq.’
Ələsgər Musayev:
Onda daxil oldular onun yanına, dedilər: «Salam!» Dedi: «Həqiqətən, biz, sizdən vəchə gəlirik
A.Mehdiyev və D.Cəfərli:
Onlar onun hüzuruna daxil olub «salam!» deyən zaman o (İbrahim) dedi: «Həqiqətən biz, (vaxtsız icazəsiz gəldiyinizə görə) sizdən qorxuruq.»
Kövsər Tağıyev:
Qonaqlar İbrahimin yanına gəlmiş “Salam” demişdilər. O da: “Həqiqətən, biz sizdən qorxuruq”, demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onlar İbrahimin yanına gələrək: "Salam!" - dedilər. İbrahim də: “Biz sizdən qorxuruq." - dedi.
Sabirə Dünyamalıyeva:
Bir vaxr İbrahimin qonaqları, İbrahimin yanına daxil olmuş "Salam!" demişdilər. İbrahim: "Şübhəsiz ki, biz sizdən qorxuruq " demişdi.